XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019

Digər Xəbərlər

15 May 2019 - 19:53

Qəzaya uğrayan avtomobildən bir milyon avro tapılıb- İspaniyada

İspaniya Mülki Qvardiyası Qranada əyalətində qəzaya uğrayan avtomobildə bir milyon avro aşkarlayıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Uetor-de-Santilyan bələdiyyəsinin ərazisində qeydə alınıb. Mülki Qvardiyanın əməkdaşları sürücünü və iki sərnişini əzilmiş avtomobildən çıxarıb. Onların hamısı Litva vətəndaşlarıdır. Sürücünün narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Həmçinin qvardiyanın komendantlığına aparılan minivendə 1 milyon avro aşkarlanıb.

Əgər vəsaitin qanunsuz olduğu sübut edilsə, litvalılar pulların yuyulmasında ittiham oluna bilərlər. Eyni zamanda, böyük məbləğdə pulu daşımaq üçün ilkin sorğu göndərmədiklərinə görə onları cərimə gözləyir. Belə ki, İspaniya qanunvericiliyinə əsasən, ölkə daxilində yalnız 100 min avroya qədər pul aparmaq olar. Xaricə isə deklarasiyasız maksimum 10 min avro məbləğində vəsait çıxarmağa icazə verilir.