XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

16 May 2019 - 10:15

Venesuelanın hökumət və müxalifət nümayəndələri Norveçə gedir –Səbəb

Venesuela müxalifətinin və prezident Nikolas Maduronun nümayəndələri Norveçə yola düşüblər.

Bu barədə Venesuelanın hökumət nümayəndəsinə istinadən “Associated Press”  bildirib.

Qeyd edilir ki, səfərdə məqsəd ölkədəki siyasi böhranın aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir. Venesuela müxalifətindəki mənbə əlavə edib ki, danışıqlarda yüksək vəzifəli məmurlar iştirak edəcəklər. O, danışıqlar barəsində əlavə təfərrüatları açıqlamayıb.

Prezident Maduro özü isə danışıqların aparılması faktını birbaşa təsdiqləməyib, ancaq bildirib ki, rabitə və informasiya naziri Xorxe Rodriqes əhəmiyyətli missiya ilə ölkə xaricindədir. /Report