XƏBƏR LENTİ

24 İyul 2019
23 İyul 2019

Digər Xəbərlər

16 May 2019 - 11:35

Gürcüstanda etiraz aksiyası:metallurqlar maaş davasına qalxdı

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri etiraz aksiyası keçiriblər.

iştirakçılar əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Yüzə yaxın işçinin qatıldığı aksiyanın əsas tələbi əmək haqlarının 1000 lariyə qədər artırılması və iş saatının 12 saatdan 8 saata qədər azaldılmasından ibarət olub.

İşçilər zavod rəhbərliyi ilə görüş keçiriblər. Rəhbərlik hazırkı mərhələdə onların tələblərinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib.

Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər/Report.