XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

16 May 2019 - 19:47

Növbədənkənar seçki keçirilsə, Zelenskinin partiyası qələbə qazanacaq- SORĞU

Yaxın günlərdə Ukraynada növbədənkənar parlament seçkiləri keçirilsə, əhalinin 80 faizi səsvermədə iştirak edəcək.

Bu barədə “Reytinq” Sosial Qrupu, Aleksandr Yaremenko adına Sosial Araşdırmalar Mərkəzi və “Sosial monitorinq” mərkəzinin birgə keçirdiyi rəy sorğusunun nəticələrində məlumat verilib.

Sorğuya əsasən Vladimir Zelenskinin partiyası olan “Xalqın xidmətçisi” daha çox 29,5 faiz səs toplayıb. “Müxalifət platforması” 8,1 faiz “Petro Poroşenko bloku“ 7,8 faiz, Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası isə 6,7 faiz səs qazana bilib. Digər blok və partiyalar 5 faizlik baryeri aşa bilməyib.

Sorğu 3000 respondent arasında aparılıb.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməlidir. Lakin Vladimir Zelenski andiçmə mərasimindən sonra parlamenti buraxacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair qərar verəcəyini açıqlayıb(azərtac).