XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

16 May 2019 - 20:17

Gürcüstanda mədən işçilərinin etirazı böyüdü –400 fəhlə yeni tələblər irəli sürdü

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçilərinin keçirdiyi aksiya iştirakçılarının sayı 400 nəfərə çatıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, etirazçıların bir hissəsi “Rustavi Polad” şirkətinin rəhbərliyi ilə görüşərək tələblərini bildiriblər.

Rəhbərlik tələblərin yerinə yetirilməsi imkanlarının araşdırılması üçün üçgünlük vaxt tələb edib.

Metallurqlar tələbləri yerinə yetirilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər.

Qeyd edək ki, zavod işçilərinin əsas tələbləri əməkhaqlarının 1000 lariyə qədər artırılması və iş vaxtının 12 saatdan 8 saata qədər azaldılmasından ibarətdir.