XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

16 May 2019 - 20:40

Merkel:"Makronla biz siyasət məsələlərində bəzən güləşçilər kimi savaşırıq"

Almaniya kansleri Angela Merkel bu gün bildirib ki, Fransa Prezidenti Emmanuel Makron ilə o, müxtəlif siyasi məsələləri fərqli mövqelərdən müzakirə edərkən bəzən “güləşçilər kimi savaşırlar”.

Merkel jurnalistlərə deyib: “Bəli, bizim aramızda tatami üzərindəkinə oxşar gərgin savaşmalar olur. Bu da təəccüblü deyil, çünki biz çox vaxt müxtəlif mövqelərdən çıxış edirik, lakin sonda əməkdaşlığa çalışır və kompromisə nail oluruq”.

Merkel Brexit məsələsində irəliləyişə nail olmaq, silah ixracını inkişaf etdirmək və iqlim siyasətini necə həyata keçirmək barədə onunla Makron arasında fikir ayrılığını nəzərdə tutaraq deyib: “Məsələn, bu yaxınlarda yenə savaşdıq”.

“Bizim rollarımızı necə anlamaq məsələsində fikir ayrılığı var”, – deyən Merkel son aylarda Makron ilə onun münasibətlərinin pisləşib-pisləşmədiyi barədə sualın cavabında deyib: “Əsla yox”(azərtac).