XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

17 May 2019 - 00:15

Salvador sahillərində zəlzələ baş verib –5,9 bal gücündə

Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin ətraf mühitin qorunması və təbii sərvətlər nazirliyinin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss edilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi öz növbəsində bildirir ki, 5,7 bal gücündə zəlzələ Nikaraqua sahillərində baş verib.

Yeraltı təkanların episentri Çinandeqa şəhərindən 77 kilometr qərbdə, ocağı isə 100 kilometr dərinlikdə yerləşib/Trend.