XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

18 May 2019 - 21:44

BMT:"Hərbi münaqişə nəticəsində Yəməndə 7 mindən çox uşaq həyatını itirib"

Hərbi münaqişə nəticəsində Yəməndə 7 mindən çox uşaq həyatını itirib.

Azərtac BMT-nin Uşaq Fondunun (UNICEF) hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin martından bu günə kimi Yəməndə davam edən hərbi münaqişədə 7 min 300 uşaq ölüb.

Hesabatda qeyd edilir ki, uşaqlar yalnız şəhərlərin bombardman edilməsi nəticəsində uçqun altında qalıb ölmür. İnsanlar, həmçinin Yəmənin blokadaya alınması nəticəsində yaranan qida və dərman preparatlarının çatışmamazlığından da əziyyət çəkirlər. Bu səbəbdən uşaqlar qida azlığından və müxtəlif xəstəliklərdən ölürlər.

UNICEF dünya birliyini yəmənli uşaqlara kömək etməyə çağırıb.