XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

18 May 2019 - 22:29

Türkiyəyə aid “Burgazada” korveti Yunan gəmisinin hücumuna məruz qalıb

Türkiyə Dəniz Qüvvələri tərəfindən beynəlxalq sularda keçirilən “Denizqurdu-2019” təlimlərinə qatılan Türkiyəyə aid “Burgazada” korveti, Yunan hücum gəmisi “Kristalidis”in hücumuna məruz qalıb.

Azərtac xəbər verir ki, edilən xəbərdarlıqdan sonra bölgədən ayrılmağa məcbur olan Yunan gəmisinin beynəlxalq qaydalara əməl etmədiyi və naviqasiya təhlükəsizliyini pozduğu kameralarla qeydə alınıb.

Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, “Burgazada” korvetinə 200 metr məsafədən sahil tərəfdən yaxınlaşan Yunan hücum gəmisi daha sonra korvetin irəliləmə istiqamətində çox yaxın məsafədə manevrlər edib.

Qeyd edək ki, “Denizqurdu-2019” təlimləri Ağdəniz, Ege və Qara dənizdə eyni zamanda keçirilir.