XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

18 May 2019 - 22:32

İstanbuldakı hava limanlarında problemlər yaranıb- Əlverişsiz hava şəraitinə görə

İstanbulda bir neçə gündür davam edən əlverişsiz hava şəraiti “İstanbul” və “Sabiha Gökçən” hava limanlarında bəzi problemlər yaradıb. Belə ki, təyyarələrin bəziləri eniş üçün havada bir neçə dəfə dövrə vurmaq məcburiyyətində qalıblar. Bu barədə Dövlət Hava Meydanları İdarə olunması Təşkilatı məlumat yayıb.

Azərtac xəbər verir ki, məlumatda şəhərdə iki gündür davam edən qeyri-sabit hava şəraiti ilə bağlı yeni açılmış “İstanbul” hava limanından 468 reysin 8-nin, “Sabiha Gökçən” hava limanından isə 94 reysdən 2-sinin təhlükəsiz eniş üçün digər aeroportlara yönəldildiyi bildirilir.

Qeyd edək ki, şəhərdəki əlverişsiz hava şəraiti ilə əlaqədar iki gündə İstanbuldakı hava limanlarına enmək istəyən təyyarələrin bir çoxu bu problemlə üzləşib. Bəzi təyyarələr isə Tekirdağ Çorlu hava limanına yönləndirilib.