XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

19 May 2019 - 09:00

Fransalı siyasətçi:"Bizim Rusiya ilə düşmənçilik vəziyyətində olmağımıza səbəb yoxdur"

Fransa müxalifətinin liderlərindən biri, Milli Birlik Partiyasının rəhbəriMarin Le Pen Rusiya ilə Avropa ölkələri arasında münasibətlərlə bağlı fikirlərini bölüşüb.

Fransalı siyasətçi bildirib ki, rəsmi Moskva ilə Avropa arasında münasibətlərin normallaşacağına ümid edir.

“Bizim Rusiya ilə düşmənçilik vəziyyətində olmağımız üçün səbəb yoxdur. Ümid edirik ki, Avropa ölkələrinin Rusiya ilə münasibətləri normallaşacaq. Çünki bu, Avropa ölkələrinin maraqlarına daxildir və mən düşünürəm ki, həm də Rusiyanın xeyrinədir”, – deyə o bildirib.

Qeyd edək ki, Marin Le Pen bir qədər əvvəl RTL radiosunun efirində qeyd edib ki, Rusiya əleyhinə sanksiyalarAvropa Birliyinin iqtisadiyyat sektoru üçün faciəli nəticələrə gətirib çıxarıb.

O, daha əvvəl bildirib ki, Fransa prezidenti Emmauel Makron uğursuz xəttini etirafedə bilməyib. /Report