XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

20 May 2019 - 11:01

Tacikistanda həbsxanada qiyam:üç nəzarətçi öldürülüb

Ötən gecə Tacikistanın Vaxdat şəhərindəki ciddi rejimli həbsxanada baş verən qiyam nəticəsində məhbuslar üç nəzarətçini öldürüb.

Azərtac Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, İŞİD terror təşkilatının üzvləri kimi həbs olunan təxminən 30 məhbus bıçaq və digər kəsici alətlərlə silahlanaraq nəzarətçilərə hücum edib onların üçünü girov götürüblər.

Məhbuslar nəzarətçiləri qətlə yetirdikdən sonra qaçmağa cəhd edib, lakin onların qarşısı alınıb. Qiyam yatırılarkən məhbuslar arasında da öldürülənlər var, onların sayı haqqında hələ ki, heç nə deyilmir.

Məlumatda bildirilir ki, bu həbsxanada müxtəlif qruplaşmalarla əlaqəli olan 1500 məhbus saxlanılır.

Hadisə ilə bağlı artıq cinayət işi açılıb, istintaq aparılır.