XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

22 May 2019 - 15:43

Avstriyada siyasi böhran aradan qalxır- Ölkədə “ekspertlər hökuməti” təsdiq olunub

Avstriyada hökumət böhranı ilə bağlı “ekspertlər hökuməti” təsdiq olunub.

Federal kansler Sebastian Kurts istefa verən nazirlərin postuna yeni namizədləri müəyyən edib. Dövlət başçısı Aleksander Van der Bellen də təklif olunan namizədlərin siyahısını qəbul edib və gün ərzində yeni nazirlərin andiçmə mərasimi keçiriləcək.

Qeyri-siyasətçilərdən ibarət namizədlər növbəti seçkilərə kimi müvafiq nazirliklərə rəhbərlik edəcəklər. Hər biri öz sahəsi üzrə tanınmış mütəxəssis olduğuna görə, mətbuatda keçid hökumətinə “ekspertlər hökuməti” adı verilib.

Kanslerin təklifi ilə “Austro Kontrol” Hava Nəqliyyatı Təhlükəsizliyi qurumunun rəhbəri Valeri Hakl Nəqliyyat, İnnovasiyalar və Texnologiya Nazirliyinə, Baş Qərargah rəisinin müavini Yohann Luif Müdafiə Nazirliyinə, Sosial Təminat Nazirliyində keçmiş seksiya rəhbəri Valter Pöltner Əmək, Sosial Məsələlər, Səhiyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinə, Ali Məhkəmənin keçmiş prezidenti Ekart Rats Daxili İşlər Nazirliyinə rəhbərlik edəcəklər.

Keçmiş vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi sahələr isə (dövlət xidməti və idman) keçid hökumətində Qadın Məsələləri üzrə Nazir Yuliane Borner-Ştrausun sərəncamında olacaq. Vitse-kansler vəzifəsini isə hazırkı maliyyə naziri Hartviq Löqer icra edəcək(azərtac).