XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 09:15

CNN:Ağ Evdə Pompeo və Bolton arasında gərginlik artır

ABŞ-ın dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton arasında Amerikanın xarici siyasət kursuna təsir göstərmək uğrunda amansız rəqabət yaranmaqdadır. Onların arasında gərginlik Vaşinqtonun İran, KXDR və Venesuela ilə problemləri fonunda artmaqdadır.

Bu barədə çərşənbə günü CNN teleşirkəti məlumat yayıb.

Bildirilir ki, iki “qırğı” arasında gərginlik xarici siyasətə yanaşma fərqliliyində deyil, rəsmi vəzifələrin icrası üslubundadır. Belə ki, prezident köməkçisinin uzaqgörənliyi dövlət katibində onun xarici siyasət idarəsi səlahiyyətlərini qəsb etmək cəhdinə dair aşkar qıcıq və şübhə oyadır. /Report