XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

23 May 2019 - 09:30

“Times” qəzeti:"Tereza Mey mayın 24-də istefa verəcək"

Böyük Britaniyanın baş naziri Tereza Mey hökumətin ölkənin Avropa İttifaqından çıxışının həyata keçirilməsi məsələsində onun mövqeyini dəstəkləməməsi ilə əlaqədar mayın 24-də istefasını elan edə bilər.

Bu iddia ilə cümə axşamı Nazirlər Kabinetindəki mənbələrə istinadən “Times” qəzeti çıxış edib.

Nəşr yazır ki, baş nazir “Tory” sıravi parlamentarilərini birləşdirən və partiya lideri seçimi və ya onun dəyişdirilməsi məsələlərini müəyyən edən 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə cümə gününə təyin olunan görüşdən sonra postundan getdiyini elan edəcək.

BBC və “Daily Telegraf” qəzetinin məlumatına görə, baş nazirin bir çox tərəfdarları onun deputatlara Avropa İttifaqı ilə sövdələşməni dəstəkləyəcəkləri təqdirdə, “Brexit”lə bağlı ikinci referendumun keçirilməsinə səs verə bilmələri ilə bağlı çərşənbə axşamı verdiyi vəddən sonra Meyi dəstəkləməkdən imtina ediblər.

BBC-nin hökumətdəki mənbələrinin məlumatına görə, bu, bəzi nazirlərdə şok effekti yaradıb, çünki Nazirlər Kabinetinin “Brexit”lə bağlı iclasında belə bir imkanın olması öz təsdiqini tapmayıb. /Report