XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 14:48

Həştərxanda terror hücumu ilə bağlı əməliyyat –Saxlanılanlar var

Rusiyanın Həştərxan şəhərində əldəqayırma partlayıcı qurğular vasitəsilə bir sıra hücumlar törətməyə hazırlaşan şəxslər saxlanılıb.

TASS xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətindən bildirildiyinə görə, ifrat sağçı gənclər təşkilatının üzvü olan həmin şəxslərin fəaliyyəti zorakı cinayətlər törətməyə yönəlib.

Belə ki, dəstəyə yeni üzvlər cəlb edən bu şəxslər onlarla hərbi geyim və ləvazimatdan istifadə edərək təlimlər keçirir, əldəqayırma partlayıcı və yandırıcı cihazlar hazırlayaraq sınaqdan keçirirmişlər/Report.