XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 15:02

İranda təbii fəlakət:24 nəfər ölüb, 55nəfər yaralanıb

İranda mayın 8-dən 22-dək sel və fırtına nəticəsində 24 nəfər ölüb, 55nəfər yaralanıb.

Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidinin yaydığı yazılı açıqlamada vurğulanıb.

Onun sözlərinə görə, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Çaharmahal Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzisitan, Kirman, Loristan, Mərkəzi, Kohkiluye-Buyer Əhməd və Gilan əyalətlərində mayın 8-dən etibarən fırtına və leysan yağışlar nəticəsində 24 nəfər ölüb, o cümlədən 4-nü sel aparıb, 20-ni isə ildırım vurub, 55 nəfər yaralanıb/Report.