XƏBƏR LENTİ

27 İyun 2019

Digər Xəbərlər

25 May 2019 - 01:31

Pentaqon İranı günahkar bilir- Səudiyyə tankerlərinin BƏƏ sularında partladılmasına görə

ABŞ Müdafiə Nazirliyinin yüksək çinli nümayəndəsi, vitse-admiral Maykl Qildi bildirib ki, Səudiyyə Ərəbistanına məxsus tankerlərin BƏƏ sularında hücuma məruz qalmasına görə məsuliyyəti İran daşıyır.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton diversiya hücümunun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayandığına tam əmindir.

Qeyd edək ki, bir qədər əvvəl BƏƏ XİN Fuceyra limanı ərazisində 4 gəminin hücuma məruz qalması barədə açıqlama vermişdi.