XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

25 May 2019 - 10:37

Zərif:“Pompeonun zənginə niyə cavab verməliyəm ki!?”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la danışıqlar ehtimalını bir daha rədd edib.

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, Zərif İran-ABŞ qarşıdurmasının hazırda diplomatik yolla nizamlanmasının qeyri-mümkün olduğunu deyib.

O, ABŞ dövlət katibi Mayk Pompeonu təhqiramiz tonuna görə tənqid edib.

“İran haqqında hər dəfə danışarkən, Pompeo təhqiramiz ahəngə köklənir. Mən onun telefon zənginə niyə cavab verməliyəm ki!?”