XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

26 May 2019 - 11:20

Keçmiş nazir partiya liderliyi postuna namizədliyini irəli sürüb:"Bu tarixdə Avropa İttifaqını tərk edəcəyik"

Böyük Britaniyanın keçmiş Brexit naziri Dominik Raab Mühafizəkarlar partiyasının liderliyi postuna namizədliyini irəli sürüb.

Dominik Raab və Andrea Lidsom hakim partiya rəhbərliyinə namizəd olan sonuncu millət vəkilləridir. Qeydə alınan 5 namizədlə partiya rəhbərliyi uğrunda mübarizə aparacağını bildirən Dominik Raab oktyabrın 31-də ölkənin Avropa İttifaqını tərk etməli olduğunu söyləyib.

Qeyd edək ki, Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün 2018-ci ilin noyabr ayında istefa vermişdi. /Azərtac