XƏBƏR LENTİ

20 Sentyabr 2019
19 Sentyabr 2019

Digər Xəbərlər

27 May 2019 - 09:10

İraq ABŞ və İran arasında vasitəçilik etmək istəyir:"Bağdad qaneedici həll yolu uğrunda çalışacaq"

İraq iki müttəfiqi – ABŞ və İran arasındakı böhranın həllində vasitəçilik etmək istədiyini bəyan edib.

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, İraqın xarici işlər naziri Məhəmməd Əl-Həkim bu təkliflə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

“Biz yardım və vasitəçilik etməyə çalışırıq. Bağdad qaneedici həll yolu uğrunda çalışacaq. İraq Vaşinqton tərəfindən təktərəfli addımların əleyhinədir” – deyə, Əl-Həkim bildirib.

“İran özünü istənilən hərbi və iqtisadi təcavüzdən müdafiə edəcək.” Bunu isə İranın xarici işlər naziri Cavad Zərif deyib.

“Biz özümüzü bizə qarşı yönəlmiş hərbi və iqtisadi müharibə cəhdindən müdadfiə edəcək və biz bunu güc və müqavimətlə qarşılayacağıq”, – Zərif vurğulayıb.

Zərif Avropa Birliyi ölkələrini İranla imzalanmış nüvə sazişini qorumağa çağırıb.

O deyib ki, İran Fars körfəzindəki ərəb qonşuları ilə balanslı münasibətlər qurmaq fikrindədir və onlara hücum etməmək barədə sənəd imzalamağı təklif edib.