XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

11 İyun 2019 - 17:41

Ukraynanın xarici işlər naziri kim olacaq? –Zelenski namizədini irəli sürdü

Ukrayan prezidenti Vladimir Zelenski xarici işlər naziri vəzifəsinə Vadim Pristaykonun namizədliyini irəli sürüb. 

Bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib.

Prezident XİN başçısı vəzifəsinə namizədi Ali Radaya təqdim edib.

V.Zelenski eyni zamanda Pavel Klimkinin xarici işlər naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Vadim Pristayko 1970-ci il fevralın 20-də Odessa vilayətinin Kiliya şəhərində anadan olub. 2017-ci ildən xarici işlər nazirinin birinci müavini işləyib. 2012-2014-cü illərdə Ukraynanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri işləyib. 2019-cu il mayın 22-də Ukrayna Prezident Administrasiyası rəhbərinin xarici siyasət məsələləri üzrə müavini təyin olunub/Report.