XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

11 İyun 2019 - 22:52

Dubay aeroportları birdəfəlik plastik qabların istifadəsindən imtina edəcək- Bu tarixdən

Dubayın “DubaiAirports” şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər.

Dubay beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri bu təşəbbüsü dəstəkləyərək, ətraf mühitin qorunması naminə plastik qablardan imtinaya razılaşıblar.

Qeyd edək ki, birdəfəlik plastik qablara ərzaq və istehlak məhsulları üçün polietilen paketlər, qida üçün nəzərdə tutulan qablaşdırmalar, butulkalar, fincanlar, çubuqlar, konteynerlər və masa dəstləri aid edilir(azərtac)