XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

12 İyun 2019 - 09:30

Yaponiyanın baş naziri İrana yola düşüb –1978-ci ildən ilk dəfə olaraq

Yaponiyanın baş naziri Sindzo Abe çərşənbə günü Tehrana rəsmi səfərə yola düşüb.

O, Tehranda İranın ali dini lideri Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşəcək.

Yaponiyanın hökumət başçısı İrana sonuncu dəfə 1978-ci ildə İrana səfər edib. O zaman İranda şah rejimi idi və İslam Respublikası qurulmamışdı.

Danışıqların mərkəzi mövzusunun ABŞ-ın çıxmasına baxmayaraq, İran nüvə sazişinin saxlanılması olacağı gözlənilir. /Report