XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 14:00

Səudiyyə Ərəbistanında aeroporta hava hücumu olub –26 yaralı

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb. Trend-in məlumatına görə, hücuma məruz qalan krallığın cənubundakı Abha hava limanıdır.

İlkin məlumata görə, aeroporta zərbəni Yəməndəki Husilər endiriblər. Raketin aeroportun ərazisində düşdüyü bildirilir.

Xəsarət alanlarla bağlı məlumata gəlincə, rəsmi televiziya isə hava limanında ən azı 26 nəfərin yaralandığını bildirir. /Trend