XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

12 İyun 2019 - 14:22

Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirir- Cənubi Çin dənizində

Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər.

Azərtac “Sankei” qəzetinə istinadla xəbər verir ki, təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopter daşıyan gəmisi də iştirak edir. Bildirilir ki, Yaponiyanın “Murasame” və “Akebono” esmineslərinin qatıldığı təlimlər iyunun 10-da başlanıb. Təlimlər əsasən, birgə hərəkətin idarə edilməsi üzrə aparılır.

Nəşrin bildirdiyinə görə, təlimlərin təşkilinin digər məqsədi Cənub-Şərqi Asiya ölkələri ilə ərazi mübahisələri aparan Çinin Cənubi Çin dənizindəki əraziləri fəal şəkildə mənimsəməsinin qarşısını almaqdır.