XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

12 İyun 2019 - 14:52

ABŞ-da F-35 qırıcılarında xüsusi təlim keçən türkiyəli heyətin fəaliyyəti dayandırılıb- Səbəb

ABŞ-ın Arizona ştatındakı “Luke” aerodromunda F-35 qırıcıları ilə xüsusi təlim keçən türkiyəli hərbi pilotların fəaliyyəti dayandırılıb.

Bu barədə Anadolu agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyə Silahlı Qüvvələrindən 4 pilot və 20 nəfərlik mühəndis-texniki heyət bu təlimlərə cəlb olunmuşdu.

Qeyd edək ki, ABŞ bu qərarı Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini almasına qarşı qəbul edib. Türkiyə tərəfi rəsmi olaraq bu qərarı ədalətsiz və münasibətlərə xələl gətirən addım kimi dəyərləndirib(azərtac).