XƏBƏR LENTİ

24 İyul 2019
23 İyul 2019

Digər Xəbərlər

12 İyun 2019 - 15:12

Gürcüstanda zəlzələ olub- Eyni gündə ardıcıl iki dəfə

İyunun 12-də Gürcüstanda ardıcıl olaraq eyni bölgədə iki zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, birinci yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Samtsxe-Cavaxetia bölgəsində, Axaltsixe rayonunun Atskuri kəndində 3,3 bal gücündə qeydə alınıb. Bir dəqiqə sonra kənddə 3,5 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Yerli sakinlər zəlzələni hiss ediblər.

Dağıntı və tələfat barədə məlumat yoxdur.