XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 22:05

Britaniya istehsalçıları:"Müqaviləsiz Brexit iqtisadi intihara aparır"

Böyük Britaniyada istehsalçılar müqaviləsiz Brexit-in iqtisadi intihar olduğunu bildiriblər.

İstehsalçılar Birliyinin (Make UK) baş iqtisadçısı Simus Nevin deyib ki, heç bir müqavilə olmadan Avropa İttifaqını tərk etmək iqtisadi intihara aparır. O, siyasətdə yaranan qeyri-müəyyənliyin iqtisadiyyata da güclü təsir etdiyini bildirib, neçə-neçə iş yerinin bağlanacağını və yüzlərlə insanın işsiz qalacağını vurğulayıb.

Qeyd edək ki, Britaniyada Baş Nazir vəzifəsinə ən güclü namizəd Boris Conson ölkənin Avropa İttifaqını müqaviləsiz tərk edə biləcəyini açıqlayıb.