XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

13 İyun 2019 - 13:46

Ayətullah Xamnəi Donald Trampa dirsək göstərdi:"ONA HEÇ BİR CAVAB VERMƏYƏCƏYƏM"

“Biz nüvə silahının hazırlanması əleyhinəyik və mənim şəri fətvamla nüvə silahının hazırlanması haram sayılıb”.

Strateq.az “Khamenei.ir” saytına istinadla xəbər verir ki, bunu Yaponiya baş naziri Şinzo Abe ilə bu gün keçirilən görüşündə İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

Ayətullah Xamnəi baş nazir Şinzo Abe və onu müşayət edən heyətlə görüşdə İslam Respublikasının ABŞ-a güvənmədiyini və acı təcrübəni təkrarlamayacağını söyləyib.

O, nüvə sazişi çərçivəsində ABŞ-la əvvəlki danışıqları xatırladaraq deyib: “Çünki heç bir azad və səmimi ölkə təzyiq altında danışıqlar aparmaz”.

Görüşün başlanğıcında baş nazir Şinzo Abe İranın Ali Rəhbərinə müraciət edərək deyib: “Mən Birləşmiş Ştatlar prezidentinin bir mesajını sizə çatdırmaq niyyətindəyəm”.

Xamnəi Yaponiyan baş nazirinə xitabən deyib: “Biz xoş niyyətinizə şübhə etmirik, amma ABŞ prezidentinin adını xatırladınız, mən Tramp kimi mesajlarını tez-tez dəyişən ikinci adam tanımıram və ona heç bir cavab verməyəcəyəm. Sizinlə müzakirə edəcəyim məsələ Yaponiya baş naziri ilə dialoq kontekstindədir, çünki biz Yaponiyanın bir dost olduğunu düşünürük, baxmayaraq ki, bir sıra problemlərimiz var”.

Yapon baş nazirinin sözlərinə görə, Tramp ona deyib ki, “Amerika İranda rejim dəyişməyi planlaşdırmır”.

Ayətullah Xamnəi bununla bağlı vurğulayıb: “Keçmiş ABŞ prezidentlərinin də son 40 ildə İslam Respublikasını məhv etmə səyləri həmişə uğursuz olub”.

O daha sonra qeyd edib: “Tramp ABŞ-ın İranda rejim dəyişməyi planlaşdırmadığını söyləyir, bu yalandır, çünki bunu etməyə çalışıb, amma bacarmayıb”.

İranın ali dini lideri İslam Respublikasının “P5 + 1” çərçivəsində ABŞ və avropalılarla birlikdə imzaladığı nüvə razılaşmasını xatırladıb. “Kim razılaşmaya əməl etməyən ölkə ilə danışıqlar aparar ki?”

O, Yaponiya baş nazirinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ABŞ-ın qətiyyətinə dair qeydi ilə bağlı deyib: “Biz nüvə silahına qarşıyıq və mənim dini fətvamla nüvə silahı hazırlamaq və yaymaq haramdır. Amma biz nüvə silahına sahib olmaq niyyətində olsaydıq belə, ABŞ heç bir şey edə bilməzdi”.

Yaponiya baş naziri ABŞ-ın İranla vicdanlı danışıqlara hazır olduğunu söyləyib. Xaməinin buna cavabı sadə olub: “ABŞ rəsmiləri arasında dürüst adamlar azdır”.

Baş nazir və onu müşayiət edən heyətlə görüşdə Xamnəi bildirib: “İslam Respublikası ABŞ-a etibar etmir. Nüvə sazişi çərçivəsində danışıqların əvvəlki acı təcrübəsi bunu sübut  edir. Heç bir sağlam zəkalı və azad tərəf bu şərtlərlə ünsiyyətə girməz. Nüvə razılaşmasından sonra müqaviləni dərhal pozan ilk şəxs Obama idi. O, İranla danışıqlar tələb etdi və vasitəçisini göndərdi. Bu, təcrübəmizdir və cənab Abe, bilin ki, biz bu sayaq təcrübəni təkrarlamırıq”.

Yapon baş naziri Trampa istinad edərək vurğulayıb ki, “ABŞ-la danışıqlar İranı irəliyə aparacaq”.

“Biz Allahın lütfü ilə, ABŞ-la danışıqlar olmadan və sanksiya ilə yolumuza davam edəcəyik”,  – deyə Ayətullah Xamnəi sonda bildirib.