XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 18:01

“Əsrin sazişi”:İsrail-Fələstin münaqişəsinə dair planın bir hissəsi açıqlanacaq

ABŞ hökuməti İsrail-Fələstin münaqişəsinin həllinə dair “əsrin sazişi” adı ilə tanınan planın siyasi hissəsini açıqlaya bilər.

“Report” “The Yerusalem Post”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Cayson Qrinblatt bildirib.

Onun sözlərinə görə, sentyabrın 17-də İsraildə seçkilər keçiriləcək. Bunun nəticəsinə uyğun olaraq yeni hökumətin formalaşdırılacağı noyabrın 6-da belə bir sənədin dərci nəzərdə tutulur.