XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 19:03

Qazaxıstanda daha bir yeni nazirlik yaradılıb- Rəhbər təyin olunub

Qazaxıstan prezidenti Qasım Comərt Tokayev Məqzum Mirzəqəliyevin Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri təyin edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, sənəd ölkə prezidentinin akorda.kz rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bir qədər əvvəl dövlət başçısının müvafiq fərmanı ilə yaradılan Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinə Energetika Nazirliyinin ətraf mühitin mühafizəsi, bərk məişət tullantıların idarə olunması, təbii sərvətlərin səmərəli istifadəsinə nəzarət sahəsində, Kənd Təsərrüfatı Nazirliyinin su ehtiyatlarının istifadəsi və mühafizəsi, su təchizatı, meşə təsərrüfatı sahəsində, Sənaye və İnfrastruktur Nazirliyinin dövlət geoloji tədqiqatları, yeraltı xammal ehtiyatlarının qorunması sahəsindəki səlahiyyətləri həvalə olunub.