XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

17 İyun 2019 - 19:55

Avropa İttifaqı yeni strategiya qəbul edib- Mərkəzi Asiya ölkələrinə dair

Avropa İttifaqı Şurası Mərkəzi Asiya ölkələrinə dair yeni strategiya qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məqsəd Əfqanıstanda sülhə dəstək məqsədilə əməkdaşlığı genişləndirməkdir.

Sənəd Mərkəzi Asiya ölkələri lə geniş tərəfdaşlıq əlaqələrinə dair sazişlər imzalayıb həyata keçirməyə hazırlığı özündə ehtiva edir.

Aİ Şurası 2007-ci ildə regiona dair birinci strategiyanın qəbulundan sonrakı müddət ərzində Qazaxıstan, Qırğız Resublikası, Özbəkistan, Tacikistan, Türkmənistanla münasibətlərin güclənməsini alqışlayaraq yeni strategiyanın da Mərkəzi Asiyada dayanıqlı inkişafa, rifaha, regional əməkdaşlığa dəstək məqsədi daşıdığını qeyd edib.

Yeni strategiyada həmçinin “Aİ ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrdə təməl daşı olaraq qalan” maraqlı ölkələrlə də geniş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlərin imzalanması və həyata keçirilməsinə sadiq olduqları diqqətə çatdırılıb.