XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 22:22

Çində ardıcıl iki güclü zəlzələ baş verib- 6 bal gücündə

Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.