XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

18 İyun 2019 - 09:15

ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir –İrana görə

Birləşmiş Ştatlar, Vaşinqtonun fikrincə, İrandan gözlənilən təhlükəyə cavab olaraq Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır.

Bu barədə bazar ertəsi ABŞ administrasiyasındakı mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Bildirilir ki, qoşunların regiona göndərilməsi Oman körfəzində iki tankerə edilən hücumla bağlıdır. Amerika tərəfinin iddiasına görə, tankerlərə hücumu İran təşkil edib.

Qoşunların göndərilmə tarixi və sayı məlum deyil. /Report