XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 12:20

Çin ABŞ-a xəbərdarlıq etdi –Yaxın Şərqə görə

Çin ABŞ-ın regionda hava, dəniz və qurudan gələ biləcək təhdidlərə qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə əlavə qoşun göndərməyi qərara almasının mənfi nəticələr verəcəyinə dair xəbərdarlıq edib.

Bu barədə Çinin Xarici İşlər naziri Van İ suriyalı həmkarı Valid Muallem ilə Pekində təşkil etdiyi mətbuat konfransından sonra bildirib.

Çin diplomatı Tehranı nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyə sadiq qalmağa çağırıb və sazişin belə asan pozulmasının əleyhinə olduqlarını qeyd edib. O həmçinin xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu saziş çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini dəfələrlə təsdiqləyib. /Report