XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

18 İyun 2019 - 13:46

Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi –Miqrantlara görə

ABŞ-a getmək istəyən miqrantları  durdurmağı hədəfləyən Mexiko şəhər rəhbərliyi Orta Amerika ölkələriylə cənub sərhədinə hərbçilər yerləşdirib.

Meksika Orta Amerika ölkələrindən keçərək ABŞ və Kanadaya getmək istəyən qeyri-qanuni miqrantlara qarşı mübarizəni artırıb.

Bu məqsədlə Meksika hökuməti min immiqrasiya məmuru ilə birgə bölgəyə 6 min mühafizəçi yerləşdirib.

Mühafizəçilərin cənub sərhədində təqribən 800 miqrantı daşıyan bir qrup yük maşınını durdurduğu da deyilir.

Qeyd edək ki, ABŞ Orta Amerika ölkələrindən ərazisinə doğru gələn köç axınını durdurmaq üçün sərhədindəki tədbirləri artırması ilə bağlı Meksikaya basqılar edirdi. /Trend