XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 12:12

Behruz Kəmalvəndi:"İran nüvə sazişi ilə bağlı Avropa ölkələrinə verdiyi vaxtı uzatmayacaq"

“İranın Hərtərfli Birgə Fəaliyyət Planı çərçivəsində Avropa ölkələrinə verdiyi 2 aylıq möhlət uzadıla bilməz”.

Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

Onun sözlərinə görə, İranın atacağı növbəti addım nüvə sazişinin digər üzvlərinin götürdükləri öhdəliyi yerinə yetirməsindən asılı olacaq: “Bizim mesajımız açıqdır. Onların əməlindən isə belə anlaşılır ki, ya öhdəliklərini yerinə yetirmək istəmirlər, ya da gücləri çatmır . Belə olan halda  biz Ali liderin göstərişi ilə parlamentin təsdiqlədiyi qanuna uyğun hərəkət edəcəyik. İranın öz öhdəliklərini yerinə yetirməsini istəyirlərsə,  4+1 ölkələr öz öhdəliyini anlamalıdır”.  /APA