XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

19 İyun 2019 - 19:12

Rusiya AŞPA-da təmsil olunacaq nümayəndə heyətinin tərkibini təsdiqləyib

Rusiyanın Federasiya Şurası və Dövlət Duması ölkənin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirak edəcək nümayəndə heyətinin tərkibini formalaşdırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nümayəndə heyətinə 7 senator və 11 deputat daxildir.

Məlumata görə, nümayəndə heyətinin Federasiya Şurasını təmsil edəcək hissəsinə Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak başçılıq edəcək. Aşağı palatanı təmsil edən heyətdə vitse-spikerlər Pyotr Tolstoy və İgor Lebedev, MDB üzrə Komitənin rəhbəri Leonid Kalaşnikov, Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də təmsil olunur.

Bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsi bütün üzv ölkələrin komitənin iclasında və AŞPA-da bərabərhüquqlu iştirakının təmin olunmasının vacibliyinə dair bəyanat verib.

İyunda isə AŞPA-nın reqlament üzrə komitəsi Rusiya nümayəndə heyətinə iyun sessiyasında iştirak hüququnun tanınmasına dair qətnamə layihəsi qəbul edib. Qətnamə layihəsi iyunun 24-28-də keçiriləcək AŞPA-nın yay sessiyasının ilk günündə müzakirəyə çıxarılacaq. Təsdiqlənəcəyi təqdirdə, Rusiya tərəfi həmin gün yay sessiyasında iştirakla bağlı AŞPA-ya müraciət etmək niyyətindədir.