XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

23 İyun 2019 - 12:20

“National İnterest”: “Tətbiq et, ya da hər şeyi itir” –Dünya nüvə savaşı astanasında

Hindistanda supersonik raketlərin sınaqdan keçirilməsi bu ölkəni Pakistanla nüvə müharibəsinə bir addım da yaxınlaşdırır.

Bu barədə “Nəşnl İnterest” (“National İnterest”) yazıb.

“Aqni-1” raket-daşıyıcılı supersonik silahın uğursuz testlərinə baxmayaraq, layihə özlüyündə Pakistanla soyuq müharibədə atılmış bir addımdır”, – nəşr qeyd edib.

Məqalə müəllifinin sözlərinə görə, Hindistana superonik sürətə çatması üçün Rusiyada olduğu kimi 20 Max deyil, cəmi 5 max kifayət edəcək. Belə olan halda paytaxtları arasında məsafə cəmi 700 kilometr olan iki ölkədən biri supersonik raketlərdən istifadə edəcəyi halda hədəfin vurulması dəqiqələr çəkəcək.

“Sözügedən faktı yaxşı anlayan Pakistan Hindistanın supersonik silahı olduğunu bilir və öz nüvə arsenalı barədə düşünərkən özünü “tətbiq et, ya da hər şeyi itir” düşüncəsinin əsiri kimi hiss edir”, – müəllif yazıb. /Axar.az