XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 09:15

Maykl Pompeo:"ABŞ-KXDR danışıqlarının yenilənəcəyinə ümid edirəm"

ABŞ dövlət katibi Maykl Pompeo yaxın gələcəkdə ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında danışıqların işçi səviyyədə yenilənəcəyinə ümidini ifadə edib.

Bu barədə dövlət rəsmisi media nümayəndələri qarşısında çıxışında bildirib.

Jurnalistlərin yaxın gələcəkdə ABŞ və KXDR danışıqlarının işçi səviyyədə hansısa bir anda yenilənib-yenilənməyəcəyi barədə sualına Mayk Pompeo belə cavab verib: “Mən buna ümid edirəm”.

“Biz Hanoy (görüş -red) vaxtlarından bunun əsaslarını qoymaq üçün işləyirik”, – deyə Dövlət Departamentinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bu günlərdə KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan şəxsi məktub alıb. Bildirilir ki, Kim Çen In məktubun məzmunundan razı qalıb. /Report