XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

24 İyun 2019 - 09:30

Ruhani:"Birtərəfli siyasət dünyada ən böyük problemdir"

ABŞ-ın regionda hərbi mövcudluğu problemlərin mənbəyidir.

Bu barədə İran prezidenti Həsən Ruhani Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronla görüşündə bildirib.

Ruhani beynəlxalq təşkilatları Vaşinqtonun “təcavüzkar siyasətinə” uyğun reaksiya verməyə çağırıb.

İran İslam Respublikası prezidentinin fikrincə, çox sayda regional və qlobal problemlər məhz ABŞ kimi ölkələrin təqsiri üzündən yaranır.

“Birtərəfli siyasət dünyada ən böyük problemdir”, – İran prezidenti deyib.

Daha əvvəl Həsən Ruhani bildirib ki, İran müharibəyə birinci başlamayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək. /Report