XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 13:25

BMT Ali Komissarı:"İŞİD-in keçmiş döyüşçülərinin uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir"

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Suriyada və İraqda saxlanan 55000-ə yaxın xarici vətəndaş olan keçmiş İŞİD döyüşçüləri və onların ailələrinin ədalətli mühakimə olunması və ya azad olunmasının vacib olduğunu bildirib.

Bu barədə Mişel Başelet BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən üçhəftəlik sessiyasının açılışında deyib.

Mişel Başelet vurğulayıb ki, ölkələr İŞİD-ə qoşulmuş vətəndaşlarının məsuliyyətini qəbul etməlidir: “Bu döyüşçülərin onsuz çox əziyyət çəkmiş uşaqları vətəndaşlıqdan məhrum edilməməlidir”.  /APA