XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

24 İyun 2019 - 17:12

Yunanıstanda seçkiqabağı mübarizə kəskinləşir- “Yeni demokratiya” hakim partiyanı üstələyir

Yunanıstanın “To Vima” qəzetinin apardığı sorğuya əsasən, ölkənin müxalif konservativ partiyası “Yeni demokratiya” hakim “Siriza” partiyasını parlament seçkilərinə 2 həftə qalmış 9 faiz səslə üstələyir.

Kiriakos Mitsotakisin “Yeni demokratiya” partiyası 38,5 faiz, Baş Nazir Aleksis Tsiprasın “Siriza” partiyası isə 29,5 faiz səs qazana bilər.

“Yeni demokratiya” “Siriza”nı Avropa Parlamentinə seçkilərdə 10 faiz üstələyərək qalib gəlib. Bu, Baş Nazir Aleksis Tsiprası növbədənkənar seçkilərin keçirilməsinə vadar edib. A.Tsiprasın mandatı sentyabrda bitməli idi. Sorğuya əsasən, üçüncü yeri “PASOK” sosialist partiyası və sabiq Baş Nazir Qeorqi Papandreu tərəfindən yaradılmış Dəyişiklik üçün Hərəkat Birliyi tutacaq(azərtac).