XƏBƏR LENTİ

21 Noyabr 2019

Digər Xəbərlər

25 İyun 2019 - 20:23

Məhkəmə Tbilisidə etirazçıların 55-ni azadlığa buraxdı –6 nəfərə isə "yox" deyildi

Tbilisidə iyunun 20-i və 21-də kütləvi aksiya zamanı saxlanılan etirazçıların 55-i azadlığa buraxılıb.

Bu barədə Tbilisi Apellyasiya Məhkəməsində keçirilən xüsusi brifinqdə bildirilib.

Qeyd olunub ki, məhkəmə, ümumilikdə, 61 nəfərin şikayətinə baxıb.

Xatırladaq ki, Tbilisidə kütləvi aksiyalar zamanı qarşıdurma zamanı 305 nəfər saxlanılıb.

Saxlanılan bütün şəxslərin azadlığa buraxılması Gürcüstan paytaxtında son günlər keçirilən etiraz aksiyalarının əsas tələblərindən biridir/Report.