XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 İyun 2019 - 13:22

İran neft satışını artırıb- Hökumət sözçüsündən açıqlama

“Neft satışını artırmışıq və bu sanksiyalardan qabaqkı dövrdən də çoxdur”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran hökumət sözçüsü Əli Rəbii keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-ın yeni sanksiyaları ölkədə milli birliyə səbəb olacaq və onların bu işi İran xalqına qarşı təhqirdir: “Onların sanksiyaları yeni deyil. Öncədən də neft-kimya sahəsinə sanksiyalar tətbiq ediblər. Bizim bütün sanksiyalara qarşı mübarizə metodumuz və mexanizmlərimiz var”.

Ə.Rəbii Neft Nazirliyində Avropa şirkətlərinin birində çalışan bir xanımın həbs olma xəbərini təsdiqləyib və bildirib ki, şirkətlər adətən rəqabət aparmaq üçün məlumat toplayır ki, bu casusluqdur. Bu haqda cinayət işi açılıb və məsələ araşdırılır.

Qeyd edək ki, İran parlament nümayəndələri ötən gün Neft Nazirliyinin 16 məsul şəxsi ilə əlaqəsi olan bir xanımın həbs olunduğu xəbərini yayıblar. Bu haqda ətraflı məlumat verilməyib.