XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 13:44

Əfqanıstanda “Taliban” qruplaşması ilə atışmada:8 polis ölüb, 16-sı yaralanıb

Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Gülran rayonunun mərkəzinə “Taliban” qruplaşması üzvlərinin hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı ölüb, 16-sı yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Gülran Rayon Polis İdarəsinin mətbuat katibi Abdul Əhəd Vəlizadə bildirib.

Onun sözlərinə görə, “Taliban” silahlıları Heratın mərkəzini ələ keçirməyə çalışıb. Atışma iyunun 25-dən 26-sı səhərədək davam edib. Terrorçuların niyyəti baş tutmayıb.

Abdul Əhəd Vəlizadə bildirib ki, yaralananlar arasında Gülran Rayon Polis İdarəsinin rəisi də var.