XƏBƏR LENTİ

19 Sentyabr 2019
18 Sentyabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 14:20

Lionel Messinin İrandakı bənzəri 23 qadını aldadıb- FOTO

İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messinin bənzəri, İran vətəndaşı Rza Parasteşdən saxtakarlıq etdiyi üçün şikayət edilib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə “İnsolite” TV məlumat yayıb.

Bildirilib ki, R.Parasteş özünü Messi kimi tanıdaraq 23 qadınla əlaqə qurub. Qadınlar onun saxtakarlığını biləndən sonra şikayət ediblər.

Qeyd edək ki, R.Parasteş iki il əvvəl izdiham yaratdığı üçün polis tərəfindən tutulmuşdu. Ancaq bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıb.