XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 İyun 2019 - 15:22

Rusiya bir sıra ölkələrdən qida idxalı ilə bağlı embarqonun müddətini uzadıb- Rəsmi

Rusiya hökuməti ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən qida məhsullarının idxalı ilə bağlı tətbiq etdiyi embarqonun müddətini 2020-ci ilin sonuna qədər uzadıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq k i, 2014-cü ilin avqust ayında Rusiya prezidenti Vladimir Putin anti-Rusiya sanksiyalarını tətbiq edən ölkələrdən bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən qida məhsullarının və xammalın idxalını qadağan edən fərman imzalayıb.

Bu dəfə embarqonun müddətinin uzadılması iyunun 20-də Avropa İttifaqı Şurasının Rusiyaya qarşı sanksiyalarının müddətinib daha 1 il uzadılmasına cavab xarakteri daşıyıb.