XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

26 İyun 2019 - 18:57

Putin və Tramp arasında görüşün vaxtı açıqlanıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün vaxtı açıqlanıb. Görüş G-20-nin Yaponiyanın Osaka şəhərində keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, görüşün Moskva vaxtı ilə 14:00-da keçiriləcəyini söyləyib .

Kremlin nümayəndəsi Rusiya və ABŞ liderlərinin görüşünə bir saat vaxt ayrıldığını, geniş tərkibdə keçiriləcək görüşdə Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İran probleminin müzakirə olunacağını qeyd edib .